Atletiko , Real və Arsenal Kondoqbiyanı istəyir
Monakonun dayaq yarımmüdafiəçisi Joffre Kondoqbiya Avropa transfer bazarının ən istənilən oyunçularındandır.

L’Équipe nəşrinin verdiyi məlumata görə 22 yaşlı futbolçunun xidmətində Arsenal , Liverpul , Atletiko , Valensiya və Real maraqlıdır.

Kral klubu onu Pol Poqbaya alternativ kimi baxır.
Həmçinin Fransa yığmasının futbolçusunu İnter də istəyir.

Fransa çempionatının bu mövsümündə Kondoqbiya 18 oyunda 1 qol vurub.

Xəbər 889 dəfə oxundu.