İkinci mərhələyə start verilir!
“Zirvə” Beynəlxalq İdman Klubunun ikinci mərhələ yarışlarına start verilib. Klubun Azərbaycandakı filialları arasında keçiriləcək çempionatda 600-dən çox ağır atletin iştirakı gözlənilir.

Aprelin 28-dək davam edəcək yarışlar 4 region üzrə keçiriləcək. Belə ki, idman mübarizəsi aprelin 21-22-də Lənkəranda, ayın 24-də Samuxda, aprelin 27-28-də isə Xırdalanda təşkil olunacaq.

Yarışda 1997-2007-ci illərdə doğulan və daha böyük yaşlı oğlanlar və qızlar iştirak edəcəklər.


Xəbər 845 dəfə oxundu.