Gürcüstanda uşaq və gənclər arasında şahmat üzrə ölkə birinciliyi keçirilir
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda uşaq və gənclər arasında şahmat üzrə ölkə birinciliyi keçirilir.

Yarışda bu ölkədə yaşayan azərbaycanlı uşaq və gənclər də iştirak edirlər.

Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı və Gürcüstan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan çempionatın əsas sponsoru SOCAR-ın Gürcüstan nümayəndəliyidir.

Birincilikdə 10, 14 və 18 yaşadək 200 nəfər oğlan və qız mübarizə aparır.

Yarışmada birinci yerin qalibləri dünya çempionatına, ikinci yerin qalibləri isə Avropa çempionatına vəsiqə qazanacaqlar.

Bundan başqa, qaliblər qiymətli hədiyyələr, diplom və fəxri fərmanlarla təltif olunacaqlar.

Çempionat aprelin 29-da başa çatacaq.

AZƏRTAC


Xəbər 860 dəfə oxundu.