"Simurq"un kapitanı "Qarabağ"la oyunu buraxacaq
Tarixində ilk dəfə ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanan "Simurq" bu gün “Qarabağ”la həlledici oynuna çıxacaq. Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitini doldurduğuna görə bu matçda forma geyinə bilməyəcək. Qeyd edək ki, “Simurq” – “Qarabağ” matçı saat 18:00-da başlayacaq.

Xəbər 769 dəfə oxundu.