Bakı 2015 Avropa Oyunlarının başlamasını gözləyir
Bakı 2015 dünən boks və güləş üzrə çoxgünlük beynəlxalq turnirlərin başa çatması ilə, Baku Prepare ardıcıl sınaq tədbirləri seriyasından olan idman yarışlarına yekun vurdu.

Beş gün davam etmiş Böyük İpək Yolu elitar boks turniri, Oyunlar zamanı Avropa boksçularını qarşılayacaq Kristal Zalda keçirildi. Beynəlxalq turniri Azərbaycan Boks Federasiyası Bakı 2015-lə əməkdaşlıq şəraitində təşkil etdi. Yarışa 11 ölkədən 83 boksçunun yarışdığı turnirdə, kişilər 10, qadınlar isə 5 çəki dərəcəsində mübarizə apardılar.

Yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yarışlar dörd gün davam edib. Turniri Azərbaycan Güləş Federasiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlığı ilə Heydər Əliyev adına İdman Sarayında təşkil edib.

Hər iki turnirin bəzi yarış günlərinə biletlər tam satılmışdı və həmin günlərdə tribunalar azarkeşlərlə tam dolu idi. Bilet satış məntəqələri ardıcıl üç gecə - cümə, şənbə və bazar günlərində hər iki məkanda keçirilən final görüşləri üçün bütün biletləri satıb qurtarmışdılar. Azərbaycan idmançıları qazanılan medalların sayına görə birinci olmaqla, azarkeşlərini məyus etmədilər.

Bakı 2015-in İdman Departamentinin direktoru Pirs O’Kallahan sınaq yarışları bunları deyib: “Bu tədbirlər bizim birinci Avropa Oyunlarının başlamasına 100 faiz hazır olduğumuzu göstərmək üçün əla imkandır. Bunların hər ikisi öz miqyasına görə, Bakı 2015-də keçiriləcək yarışlara bənzər olan iri miqyaslı turnirlər idi.

Mən fantastik bir idman tədbirinin nümayişi üçün bizim əməliyyat baxımdan hazırlığımı görüb çox məmnun oldum. Baku Prepare idmançıların parlaq çıxış etməsinə imkan yaratmaq üçün əzmlə çalışdı və Oyunlar ərəfəsində böyük uğur nümayiş etdirdi”.

Azarkeşlər Bakı 2015 Avropa Oyunları üçün 20 mart tarixindən etibarən rəsmi internet səhifəsində (www.baku2015.com) onlayn biletlər almaq imkanında olublar və indi biletləri Bakıdakı səkkiz əlverişli məkanda yerləşən satış məntəqələrindən birbaşa ala bilərlər.

Xəbər 754 dəfə oxundu.