Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək
Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.

Buna yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.

Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Burada yerli "Simurq" klubu "Qarabağ"ı qəbul edəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan "Simurq" finala yüksəlmək üçün bu oyunda 2 top fərqi ilə qalib gəlməlidir. Ağdam təmsilçisini isə bu görüşdə istənilən heç-heçə də qane edəcək.

Son qarşılaşmada "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan Kaxaber Sxadadzenin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Neftçi" isə ən azı ilk görüşdəki üstünlüyünü qorumaqla finala adlamaq niyyətindədir. Paytaxt derbisindən hansı komandanın qalib ayrılacağı maraqla gözlənilir.

Xəbər 773 dəfə oxundu.