Mehdizadə Elçin Eldar oğlu
Mehdizadə Elçin Eldar oğlu 20 sentyabr 1960-cı ildə Cəbrayıl rayonunda anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və Azərbaycan İqtisad İnstitutunu bitirib. 1982-ci ildən əmək fəaliyyətinə Abşeron rayon Uşaq-Gənclər İdman Məktəbində metodist vəzifəsindən başlayıb. Sonralar UGİM direktorunun müavini, H.Əliyev adına İdman Konsert Kompleksində baş təlimatçı-metodist, universitetdə müəllim, və UGİM-nin direktoru vəzifələrində çalışıb. 1988-ci ildən Şotokan Karate klubunu yaradıb. 1991-ci ildən Azərbaycan Şotokan Karate-do Federasiyasının prezidentidir. V dan qara kəmər ustasıdır.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 2764 dəfə oxundu.