"Lans"ın prezidenti yenidən Bakıya gəlir
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel yenidən Bakıya gəlməyə hazırlaşır. O, mayın əvvəlində Azərbaycan paytaxtında olacaq.

Martel azərbaycanlı biznesmen, "Lans"ın sahibi Hafiz Məmmədovla görüşəcək. Səfərdə məqsəd isə sözügedən klubun növbəti mövsüm Liqa 1-də qalması üçün lazım olan müvafiq bank zəmanətini əldə etməkdir.

Xəbər 852 dəfə oxundu.