İlk Avropa Oyunlarının məşəli Azərbaycanın 60 regionunda 5,5 min kilometr məsafə qət edəcək
Aprelin 20-də “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin proqramı açıqlanıb.

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində keçirilən tədbirdə açıqlanan proqrama görə, məşəl 48 gün ərzində Azərbaycanın 60 regionu üzrə 5,5 min kilometr məsafə qət edəcək. Tədbirlərə mindən çox məşəlçi qatılacaq. Məşəl iyunun 7-də Bakıya gətiriləcək və mərasimlər paytaxtda da davam etdiriləcək. “Bakı-2015”in məşəli iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində alovlandırılacaq.

Bildirilib ki, məşəlin xüsusi işləmələrdən hazırlanan əsasının uzunluğu 66 santimetrdir. Onun hazırlanmasında Azərbaycanda məşhur olan nar ağacından istifadə edilib. Məşəlin əsasının üzərində 50 ölkəni təmsil edən xüsusi elementlər təsvir olunub.


Xəbər 912 dəfə oxundu.