AFFA Ramil Şeydayevə milli komandamızda oynamaq təklifi göndərdi
AFFA Sankt-Peterburq "Zenit"inin və Rusiyanın U-21 yığma komandasının hücumçusu Ramil Şeydayevə yenidən təklif göndərib. Azərbaycan əsilli futbolçuya milli komandamızda oynamaqla bağlı təklif irəli sürülüb.

Gənc hücumçu bu məlumatı saytımıza açıqlamasında da təsdiqləyib: "Bəli, federasiyadan mənə zəng etmişdilər. Mənim Azərbaycan yığmasında oynamağımı istəyirlər".

Xəbər 772 dəfə oxundu.