Azərbaycanın taekvondoçuları Moldovadan 9 medalla qayıdır
Moldovanın Kişinyov şəhərində keçirilən “G-1” kateqoriyalı “Moldova Open” beynəlxalq turnirində 23 idmançı ilə turnirdə təmsil olunan yığmamız 9 medal qazanıb.

İdmançılarımız İlkin Şahbazov (74 kq), Radik İsaev (87 kq), Fəridə Əzizova (67 kq) qızıl, Sina Bahrami (63 kq), Nurgül Çelik (49 kq) gümüş, Əhməd Mohammadi (87 kq), Patimat Abakarova (49 kq), Daria Şkurko (62 kq) və Parisa Mohammad Nejad (73 kq) isə turniri bürünc medalla başa vurublar.


Xəbər 764 dəfə oxundu.