“Marş irəli” devizli rayon birinciliyi keçirilib
9-14 aprel tarixlərində 244 saylı orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2014-cü il tarixli 183 saylı Sərəncamına əsasən Binəqədi rayon orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanı təbliğ və inkişaf etdirmək, məktəbliləri idmanla aktiv məşğul olmağa cəlb etmək, həmçinin yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə 2014-2015-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan “Marş irəli” devizli Vətənin müdafiəsinə hazıram poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

5 nəfər olmaqla 32 komandanın iştirakı ilə keçirilən birinciliyin nəticələrinə görə birinci yerə 244 saylı, ikinciyə 83 saylı məktəb-lisey, üçüncüyə 246 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1710 dəfə oxundu.