İlk Avropa Oyunlarının cüdo yarışlarında mübarizə aparacaq Hollandiya millisinin heyəti açıqlanıb
Cüdo üzrə Hollandiya milli komandasının Bakıda keçiriləcək ilk Avropa Oyunları üçün heyəti açıqlanıb.

Qadınların yarışında Birqit Enet (52 kq), Sann Verhaqen (57 kq), Anika van Emden (63 kq), Pollinq (70 кг), Qusye Stenhuys, Marinde Verkerk (hər ikisi – 78 kq) və Tessi Savelkuls (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Kişilərin mübarizəsində isə Hollandiyanı Jeroen Moren (60 kq), Deks Elmont (73 kq), Qilom Elmont, Noel van End (hər ikisi 90 kq), Qrol (100 kq) və Roy Meyer (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Xəbər 1002 dəfə oxundu.