Azərbaycanın yeniyetmə cüdoçuları Avropa kuboku yarışlarında dörd medal qazanıblar
Çexiyanin Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan millisi 4 medal qazanıb.

Cüdoçularımızdan İbrahim Bayramlı (50 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 55 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medallara sahib olublar.

Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq turniri beşinci pillədə başa vurublar.

Avropa kuboku yarışlarında 33 ölkədən 687 cüdoçu birincilik uğrunda mübarizə aparıb.


Xəbər 970 dəfə oxundu.