Gənc sərbəst güləşçilərimiz Daşkənddə
Gənc sərbəst güləşçilərdən ibarət milli komandamız bu gün Özbəkistana yola düşüb. İdman.com.az saytı xəbər verir ki, AGF ilə adı çəkilən ölkənin güləş federasiyasının qarşılıqlı müqaviləsinə əsasən, hər iki ölkənin müxtəlif yaş qrupu üzrə yığma komandaları il ərzində həm Azərbaycanda, həm də Özbəkistanda təlim-məşq toplanışında iştirak edirlər.

Razılaşmaya görə, sərbəst güləş üzrə gənclərdən ibarət millimizin heyəti 2012-ci ildə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədi ilə yanvarın 16-dan 30-dək Daşkənddə hazırlıq keçəcəklər. Özbəkistana sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə 10 idmançı yola düşüb:

1. İxtiyar Quliyev (50 kq)
2. Qalib Əliyev (55 kq)
3. Pərviz İbrahimov (55 kq)
4. Kənan Quliyev (60 kq)
5. Axmednabi Qvarzatilov (60 kq)
6. Elçin Məmmədov (66 kq)
7. Bəxtiyar İsrafilli (66 kq)
8. Elcan Usubzadə (74 kq)
9. Kamran Yunusov (74 kq)
10. Orxan Şərifov (84 kq)

Xəbər 1041 dəfə oxundu.