"Xəzər-Lənkəran" məşqləri bərpa etdi
Azərbaycan Premyer Liqasının son turundakı “Neftçi” ilə qarşılaşmadan sonra istirahətə çəkilən "Xəzər Lənkəran" bu gün hazırlığa start verir. Cənub klubu 5 günlük istirahətin ardından Lənkərandakı bazasında toplanaraq məşqlərinə başlayacaq.

30-cu turu buraxmalı olan "ağ-yaşıllar" buna görə aprelin 25-də “Qəbələ“ ilə növbəti turun ev matçına qədər hazırlığını doğma məkanda keçirəcək. “Neftçi“ ilə matçda ciddi zədə alan futbolçu olmadığından məşqlər tam heyətlə baş tutacaq. Bununla belə, məşqçilər korpusu Elşən Rzazadə, Alfred Sanko və kapitan Rahid Əmirquliyevin köməyindən “Qəbələ” ilə matçda yararlana bilməyəcək.


Xəbər 824 dəfə oxundu.