Eltac Səfərli "Dubay Open"də 1-6-cı yerləri bölüşdürdü
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci Dubay Open beynəlxalq şahmat turnirinə yekun vurulub.

Sonuncu turda Türkiyə təmsilçisi Solak Draqanla sülh bağlayan Eltac Səfərli 7 xalla 1-6-cı yerləri bölüşdürdü. Əlavə göstəricilərə görə Səfərli 6-cı pillənin sahibi oldu.Turnirin qalibi adını isə Solak Draqan qazandı.Zaur Məmmədov Rusiya şahmatçısı Aleksandr Raxmanovla heç-heçə edərək 6.5 xalla ilk onluqda qərarlaşıb. Qədir Hüseynov isə Yuriy Kuzubovla xalları yarı bölüb.9 oyundan aktivinə 6 xal yazan Hüseynov turniri 13-cü pillədə başa vurub. Günay Məmmədzadə sonuncu turda Hindistanlı Şah Saqarı məğlub edərək aktivinə 5.5 xal yazıb. Xəyalə Abdulla 4.5 xal, Nail Bəşirli, Nərmin Məmmədova və Zeynəb Məmmədyarova 4 xal toplayıblar.

Xatırladaq ki,turnirdə 30-dək ölkədən, 67 qrossmeyster də daxil olmaqla 164 şahmatçı iştirak edirdi. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.


Xəbər 883 dəfə oxundu.