Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Nikolas Kanales üçün əlamətdar olub
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Nikolas Kanales üçün əlamətdar olub.

“İnter”lə qarşılaşmada (2:0) dubl edən çilili hücumçu “Neftçi”nin heyətində qollarının sayını 40-a çatdırıb. Bu matçadək keçirdiyi 76 oyunda 38 dəfə rəqib qapılarına yol tapan N.Kanales eyni sayda qol vuran komanda yoldaşı Flavinyonu arxada qoyub. Braziliyalı 174 matçda 38 dəfə fərqlənib.

N.Kanales Premyer Liqada 55 oyunda 34, ölkə kubokunda 8 oyunda 3, avrokuboklarda 14 oyunda 3 qol vurub. “İnter”lə qarşılaşmayadək ölkə kubokunda bir dəfə fərqlənən çilili 2013-cü il aprelin 24-də “Qarabağ”la yarımfinalın cavab qarşılaşmasında (2:2) qola sevinmişdi. “İnter”lə qarşılaşmada 2 qol vuran hücumçu “Neftçi”də 7-ci dubluna imza atıb.


Xəbər 738 dəfə oxundu.