Patrick Mc Entee CSI3* Lanaken yarışının qalibidir
12 aprel 2015-ci il tarixində Belçikada CSİ3* Lanaken yarışı keçirilmişdir. Müxtəlif ölkələrin qatıldığı yarışda ölkəmizi Milli Komandamızın üzvü Patrick Mc Entee təmsil edirdi. 1.40 m hündürlüyü olan artikl 274.5.6 İki Mərhələli yarışında ikinci mərhələni 30.48 saniyə ilə başa vuran idmançımız “Alice Mury Marais Z” ləqəbli atı ilə yarışın qalibi adını qazanmışdır. Mərhələni 30.50 saniyəyə tamamlayan Avstraliyalı Philip Lever “Chella D Amour Sb Z” ləqəbli atı ilə ikinci, 30.60 saniyəyə tamamlayan Braziliyalı Modolo Zanotelli isə “Cavalia” ləqəbli atı ilə üçüncü yeri tutmuşdur.

Xəbər 771 dəfə oxundu.