Flaqmanın 14 yaşlı futbolçularından növbəti qələbə
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirində ikinci qələbəsini qazanıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 Qazaxıstanın "Merke" klubunu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Qollardan ikisini Sərxan Əhmədli, birini isə Rövlan Muradov vurub.

Qeyd edək ki, "Neftçi" ilk oyununda Riqanın "Şitika" futbol məktəbinin komandasını 7:2 hesabı ilə qalib gəlmişdi. Yanvarın 19-dək davam edəcək yarışda 16 komanda mübarizə aparır. Hərəsində 4 komanda olan qruplardan növbəti mərhələyə 2-si çıxacaq.

Xəbər 922 dəfə oxundu.