“Neftçi” klubunun futbolçuları məktəblilərlə görüşüb
“Neftçi” klubunun futbolçuları Sabunçu rayonundakı 259 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Görüş “Neftçi”nin “Bakcell Arena”dakı məşqindən əvvəl baş tutub.

Tədbirdə məktəblilər məşqçi heyəti və futbolçularla ünsiyyətdə olub, onlara suallar veriblər.

Şagirdlərə “Neftçi”nin formalarını və şərflərini hədiyyə edən futbolçular onlarla xatirə şəkilləri çəkdiriblər. Sonda məktəblilər komandanın məşqini izləyiblər.


Xəbər 784 dəfə oxundu.