Lazım Allahverdiyev “Əzmkar döyüşçü” mükafatına layiq görülüb
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankının (ABB) təsis etdiyi “Əzmkar döyüşçü” mükafatına Lazım Allahverdiyev layiq görülüb.

Mükafatı idmançıya Avropa Karate Federasiyasının (AKF) hakimlər komissiyasının sədri Primoz Debenak altıncı “Baku Open” beynəlxalq turnirində təqdim edib.

L.Allahverdiyev fiziki qüsurlu idmançılar arasında Azərbaycanı təmsil edən karateçilərdəndir.

ABB tərəfindən artıq ikinci ildir təqdim olunan “Əzmkar döyüşçü” mükafatı yarışda məğlub olmasına baxmayaraq, sonadək əzmlə mübarizə aparan idmançılara verilir.

Xəbər 896 dəfə oxundu.