Qədir Hüseynov blits turnirin gümüş mükafatçısı olub
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Şəhərində keçirilən 17-ci Dubay Open beynəlxalq şahmat turniri çərçivəsində blits turnir keçirilib. Blits turnirdə 21 beynəlxalq qrossmeyster də daxil olmaqla 80 şahmatçı mübarizə aparıb.

İsveçrə sitemi ilə 11 turdan ibarət keçirilən turnirin qalibi Rusiya təmsilçisi Vladimir Fedoseyv olub. Həmyerlimiz Qədir Hüseynov isə aktivinə 8.5 xal yazaraq turnirin gümüş mükafatçısı adına layiq görülüb. Digər təmsilçimiz Eltac Səfərli isə 6.5 xal toplayaraq 21-ci pillənin sahibi olub.

Xəbər 810 dəfə oxundu.