Kseniya Kovalenko «Kariparma»ya qələbə qazandırdı
Qadın voleybolçular arasında İtaliya «A seriyası»nda XIV turun oyunları baş tutub. İdman.com.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milli komandasının blok oyunçusu Kseniya Kovalenkonun şərəfini qoruduğu «Kariparma» klubu səfərdə «Riso Skotti Pavia»nın qonağı olub.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 3:1 (25:19, 23:25, 25:15, 25:18). Oyunun qəhrəmanlarından biri isə Kovalenko olub. O, matçda Parma təmsilçisinə 17 xal qazandırıb.
Qeyd edək ki, «Kariparma» qələbə sayəsində 8-ci pilləyə yüksəlib. Onların hesabında 15 xalları var.

Xəbər 1125 dəfə oxundu.