"İnter" "Neftçi" ilə oyuna hazırlaşır
Topaz Premyer Liqasının XXIX turunda oyun keçirməyən “İnter”də iki günlük istirahət başa çatıb. Bu gündən hazırlıqlara start verən “bankirlər” hələ də tam heyətlə məşq edə bilmirlər.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”nin qonağı olacaq “İnter”də Baçana Sxadadze, Derlis Meza Kolli, Laşa Salukvadze və Aleksandr Amisulaşvili hələ də kollektivə qoşulmayıblar. İlk 3 futbolçunun sabahdan komanda ilə məşqlərdə iştirakı gözlənilir. Onlar böyük ehtimalla “Neftçi” ilə matça hazır olacaqlar. Hələlik yalnız yüngül qaçışla kifayətlənən Amisulaşvili isə hələ daha bir müddət komandasına kömək edə bilməyəcək.

Xəbər 911 dəfə oxundu.