FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb
FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması yeni siyahıda 24 pillə irəliləyib.

Komandamız hazırda 264 xalla 115-ci pillədə qərarlaşıb. Komandamız ötən ayla müqayisədə xal ehtiyatını da 66 bal artırmağa nail olub.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində "H" qrupunda yığmamızın rəqibi olan İtaliya 13-cü (1085 xal), Xorvatiya 17-ci (977), Bolqarıstan 67-ci (505), Norveç 70-cidir (491). Komandamız yalnız Maltanı qabaqlayır (158 xalla 149).

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Rusiya (32; 781), Ukrayna (33; 772), Özbəkistan (73; 476), Ermənistan (77; 449), Belarus (83; 397), Latviya (85; 387), Estoniya (93; 358) və Litvadan (100; 333) geri qalır. Əvəzəində yığma komandamız Moldova (121; 245), Qazaxıstan (133; 210), Tacikistan (143; 175), Qırğızıstan (153; 146) və Türkmənistanı (159; 131) qabaqlayır.

İlk onluqda qərarlaşan komandaların siyahısı isə belədir: Almaniya (1687), Argentina (1490), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1354), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).

Xəbər 943 dəfə oxundu.