Sumqayıt şəhər birinciliyində 5 qızıl medal
4-5 aprel tarixlərində “Veteran Ağır Atletlər İctimai Birliyi”nin idman zalında Baş İdarənin fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş 1999-cu il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib. Yarışda “Təhsil” Respublika idman mərkəzinin Sumqayıt filialı və “Zirvə” İdman Klubunun 40-a yaxın ağır atletləri iştirak edib.

Birincilikdə “Zirvə” idmançıları 5 qızıl medla qazanaraq güclərini ortaya qoyublar. İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda qızlar arasında Günel Muxtarlı (“Zirvə”, 36kq), oğlanlar arasında Ruslan Kazımov (26kq), Cavidan Muxtarlı (“Zirvə”, 30kq), Mərdan Mərdanov (34kq), Mütəllim Vəlizadə (38kq), Murad Əliyev (“Zirvə”, 42kq), Novruz Muxtarlı (“Zirvə”, 46kq), Əli Şükürlü (50kq), Xəyal Ziyadov (56kq), Taleh Rüstəmov (“Zirvə”, 62kq), Amil Ağakişiyev (69kq) və Sadiq Əhmədzadə (77kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 952 dəfə oxundu.