Yeniyetmələrin dünya birinciliyində “Zirvə”nin atletləri də yarışacaq
Aprelin 7-12-si arasında Perunun paytaxtı Lima şəhərində yeniyetmələr arasında Dünya birinciliyi keçiriləcək. Turnirdə 36 ölkədən 193 ağır atlet – 100 qadın və 93 kişi atlet iştirak edəcək.

Bu vacib çempionatda “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də körpücük üzərinə çıxacaqlar. Maraqlıdır ki, oğlanların hər ikisi “Terespol-Zirvə” İK-dan Mateuş Skulimovski və “Jidaçiv-Zirvə”dən İqor Obuxov 85 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Qadınlardan isə hər iki idmançımız eyni klubu təmsil edirlər. “Ankara Tuzgölü-Zirvə” İK-dan Gamze Yayla 53 kq, Zeynep Atakan isə 69 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Xəbər 835 dəfə oxundu.