“Ukraine Open Cup” turnirinə 10 taekvondoçu ilə yollanır
Böyüklərdən ibarət yığma komanda Ukraynaya səfər edir. Komanda,11-12 aprel tarixlərində Xarkov şəhərində keçirilməsi nəzərdə tutulan “Ukraine Open Cup” turnirinə 10 taekvondoçu ilə yollanır.Turnirdə Avropanın 20 ölkəsi,eləcədə ABŞ,Brazilya,Porta-Riko,Bəhreyn və Əlcazairdən olan taekvondoçular qatılacaq.Yarış Xarkov şəhəri “Lokomotiv” idman sarayında keçiriləcək.

Bu turnirdə komandamız 2 kişi və 8 qadın udmançı ilə təmsil olunacaq.Belə ki,kişilərdən ibarət milli komandanın böyük məşqçisi Elnur Amanov, taekvondoçulardan Ayxan Tağızadə (-68 kq) və Milad Beigi Harcheganiyə (-80 kq),qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (-46 kq),Nurgül Çelik (-49 kq),Patimat Abakarova (-49 kq),Lazara Caridad Valdes Povea (-53 kq),Günay Ağakişiyeva (-57 kq),Darya Şkurko (-62 kq),Fəridə Əzizova (-67 kq),Marina Tedeevaya (-73 kq) şans verəcək.

Yarış G1 kateqoriyalı olduğuna görə, qalib idmançı aktivinə 10 xal artırmış olacaq və əldə edilmiş xallar, Olimpya çəkilərində çıxış edən idmançıların 2016-cı ildə Brazilyada keçiriləcək Olimpadaya qatılmaq şansını artıracaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Ukraynaya yollanan komanda vətənə 14 apreldə dönəcək.

Xəbər 824 dəfə oxundu.