"Qarabağ"-"Simurq" oyunu "İnter Arena"da

Azərbaycan Kubokunun yarımfinal mərələsi çərçivəsində "Qarabağ"la "Simurq" arasında baş tutacaq oyunun keçirilmə yeri müəyyənləşib. Belə ki, Ağdam klubu rəqibini "İnter Arena"da qəbul edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ"ın oyunlarını qəbul edə bilmədiyindən, bu komanda son görüşlərini "Bakcell Arena"da keçirmək məcburiyyətində qalmışdı. Amma "Neftçi" də kubokdakı rəqibi "İnter"i eyni gündə "Bakcell Arena"da qəbul edəcəyinə görə, ağdamlılar "İnter Arena"da oynamağa razı olublar.

Qeyd edək ki, kubok oyunları aprelin 13-də baş tutacaq.


Xəbər 943 dəfə oxundu.