Dünyanın ən güclü şahmatçıları görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsini anacaqlar
Aprelin 16-dan 25-dək Şəmkirdə “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri keçiriləcək. Turnir görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunacaq. Turnirin mükafat fondu 100 min avrodur.

İkinci Vüqar Həşimov Memorialında mütləq dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Sent-Luis turnirinin qalibi Fabiano Karuana (İtaliya, 2811), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Giri (Niderland, 2797), Uesli So (ABŞ, 2788), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Maykl Adams (İngiltərə, 2746), Şəhriyar Məmmədyarov (2759) və Rauf Məmmədov (2651) iştirak edəcəklər.

Ötən il dünyasını vaxtsız dəyişmiş Avropa çempionu və müxtəlif beynəlxalq yarışların qalibi Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir qeyri-neft sektorunun ən iri yerli investisiya şirkətlərindən birinin – “Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə keçirilir.

Xatırladaq ki, ötən il Vüqar Həşimovun xatirə turnirində dünya çempionu Maqnus Karlsen inamlı qələbə qazanıb.


Xəbər 729 dəfə oxundu.