WKF rəsmisi Bakıda növbəti səfərdədir
Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat komitəsi, Dünya Karate Federasyası (WKF) və Azərbaycan Milli Karate Federsiyasının (AMKF) rəsmiləri arasında qarşıdkı mötəbər yarışla bağlı növbəti görüş keçirilib.

Bakı 2015 1-ci Avropa Oyunlarında karate yarışlarının meneceri Dmitri Çiqenev və WKF-in Təşkilat Komissiyasının sədri Esteban Perez karate yarışlarının təşkil edilməsi ilə bağlı ətraflı müzakirə aparıblar.

Görüşdə Avropa Oyunlarında karate yarışları günlərində faəliyyətin detalları müzakirə edilib, son hazırlıq işlərindən danışılıb. AMKF-in prezidenti Yaşar Bəşirov və Baş katib Mir-Cabbar Seyidov da görüşdə iştirak ediblər.

İspaniyalı qonaq Bakıda 2 gün səfərdə olacaq.

Xəbər 842 dəfə oxundu.