Futbol üzrə Norveç-Azərbaycan oyunu Oslodakı “Ullevaal” stadionunda keçiriləcək
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Norveç yığması ilə səfər oyununun keçiriləcəyi stadion müəyyənləşib.

Norveç–Azərbaycan qarşılaşması iyunun 12-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək.

Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

AZƏRTAC

Xəbər 759 dəfə oxundu.