Azərbaycan üzgüçüsü Dubayda dörd medal qazanıb
Azərbaycan idmançısı Dubayda üzgüçülük üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Fatimə Alkərəmova “Dubai International Aquatic Championship” turnirini dörd medalla başa vurub. İdmançımız turnirdə müxtəlif üsullarla üzmə yarışlarında 1 gümüş və 3 bürünc medala sahib olub.

Xəbər 1566 dəfə oxundu.