"Simurq" artıq Qəbələdədir
Premyer Liqa nın 29-cu turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" Zaqatalada hazırlıqları tamamlayıb.

Ötən gün növbəti məşqinə çıxan Zaqatala klubu iki saatdan artıq çalışıb. Tam heyətlə hazırlıqları davam etdirən Georgi Çixradzenin komandası bu gün qarşılaşmanın keçiriləcəyi stadionda son tapşırıqları yerinə yetirəcək. Bundan sonra komanda üzvləri istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.

Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu saat 19:00-da start götürəcək.

Xəbər 723 dəfə oxundu.