Sumqayıtda şəhər birinciliyi keçirilib
4-5 aprel tarixlərində "Veteran ağır atletika" İctimai Birliyinin idman zalında Baş İdarənin fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş 1999-cu il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında keçirilmiş şəhər birinciliyində “Təhsil” Respublika idman mərkəzi Sumqayıt filialı və “Zirvə” idman klubunun 40-a yaxın ağır atletləri iştirak edib.

İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda qızlar arasında Günel Muxtarlı (36kq); oğlanlar arasında Ruslan Kazımov (26kq), Cavidan Muxtarlı (30kq), Mərdan Mərdanov (34kq), Mütəllim Vəlizadə (38kq), Murad Əliyev (42kq), Novruz Muxtarlı (46kq), Əli Şükürlü (50kq), Xəyal Ziyadov (56kq), Taleh Rüstəmov (62kq), Amil Ağakişiyev (69kq) və Sadiq Əhmədzadə (77kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 814 dəfə oxundu.