Rafael Orteqanın rəhbərliyi ilə hakimlərin seminarı başa çatdı
Azərbaycan Mİlli Karate Federasiyasının dəvəti və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Dünya Karate Federasiyası (WKF) Hakimlər komissiyasının üzvü Rafael Orteqanın Bakıda seminarı başa çatdı.

Tanınmış fransız mütəxəssisin rəhbərliyi ilə 2 gün davam edən seminarda beynəlxalq və milli dərəcəli hakimlərimiz iştirak ediblər.

Azərbaycanın karate hakimləri ilə yarış qaydaları və referilik mədəniyyəti, yarış iştirakçılarının hakimlərlə təması, eləcə də digər təcrübələrini bölüşən R.Orteqa seminarın sonunda iştirakçılara sertifikat təqdim edib.

Rəsmi qonaq həmçinin AMKF Hakimlər Komitəsinin sədri Cahangir Babayev və beynəlxalq dərəcəli referilərimizlə birgə ayrıca diskussiya aparıb. Səfərdən razı qalan Rafael Orteqa Azərbaycan hakimlərinin böyük perspektivləri olduqalrını qeyd edib.

Xəbər 1868 dəfə oxundu.