“Zirvə”çi atlet Avropa çempionatına yollanır
Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcək. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.

Avropa Çempionatında Azərbaycan yığmasından da ağırlıqqaldıranlar çıxış edəcəklər. Onların içərisində “Zirvə” İdman Klubunun nümayəndəsi Anastasiya İbrahimli də var. Tam siyahı aşağıdakı kimidir:

Qadınlar: Boyanka Kostova (53 kq), Anastasiya İbrahimli (“Zirvə” İK, 69 kq)

Kişilər: Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov, İvan Stoitsov (hər ikisi – 77 kq).

Komanda yarışa baş məşqçi Miroslav Çoros, məqşçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi altında yollanacaqlar.

Xəbər 1002 dəfə oxundu.