Las Veqas bürüncü
Azərbaycan Milli Karate Federasiyasının prezidenti (AMKF) Yaşar Bəşirovun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində nüfuzlu "US Open" beynəlxalq turnirində iştirak edən karateçilərimizdən Nəcməddin Bünyadov (-84 kq) bürünc medal qazanıb.

18-21 yaşlı gənclərdən ibarət seçmə komandamızın digər 2 üzvü - Vüsal Kamallı və Şahin Quluzadə (hər ikisi -75kq) isə döyüşlərini qənaətbəxş keçirsələr də mükafatçılar arasına düşə bilməyiblər. "US Open"ə hər il olduğu kimi dünyanın ən güclü karate ölkələrinin idmançıları qatılıb.

AMKF-in prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Y.Bəşirov yarış ərəfəsində Las Veqaasda amerikalı həmkarları ilə görüşlər keçirib, karatenin perspektivlərindən danışıbılar.

Xəbər 1017 dəfə oxundu.