Reytinq xalları müəyyənləşdi
Bakı şəhərində təşkil edilən 1-ci Avropa Oyunlarında, taekvondo növü üzrə qalib gələcək idmançıların reytinq xalları müəyyən edilib.Belə ki,fəxri kürsün ən yüksək pilləsinə qalxan taekvondoçu aktivinə 40 xal,ikinci pilləyə sahib olan 25 xal,üçüncü yerə layiq görülən isə 10 reytinq xalı əlavə etmiş olacaq.

Yarış Olimpiya çəki dərəcələri üzrə keçiriləcək.İyunun 12-dən 28-dək davam edəcək Avropa Oyunlarında taekvondo üzrə yarışa 16 iyunda start veriləcək.Dörd gün davam edəcək qarşılaşmalar 19 iyunda başa çatacaq.

Xəbər 783 dəfə oxundu.