Binəqədidə açıq rayon birinciliyi keçirilib
4-5 aprel tarixlərdə Binəqədi qəsəbəsində yerləşən “Arktika” Muay-Tay idman klubunda yeniyetmə və gənclər arasında “Muay-Tay” idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

Birincilikdə Ağsu, Qəbələ və Abşeron rayonunun komandaları da daxil olmaqla Bakının Binəqədi, Suraxanı, Qaradağ, Mərdəkan və Xəzər rayonunun idmançıları iştirak ediblər.

Yekun nəticələrə görə Binəqədi rayonu birinci yerə, Qaradağ rayonu ikinciyə, Suraxanı rayonunun komandası üçüncüyə layiq görülüblər.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medalla mükafatlandırılıblar.

Xəbər 858 dəfə oxundu.