Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
06-09 aprel tarixlərdə ağır atletika üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmə idmançılar arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarış Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.

Birinclikdə 170-dən artıq idmançının iştirakı nəzərdə tutulub. “Zirvə” İdman Klubunun atletləri də bu yarışda çıxış edəcəklər.

Xəbər 959 dəfə oxundu.