Araz Abdullayevin komandası qalib gəldi
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 17-ci turun oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Panetolikos”lə üz-üzə gəlib.

Eyni xala malik (16) komandaların görüşündə sevinən tərəf həmyerlimizin çıxış etdiyi kollektiv olub. 54-cü dəqiqədə Nyazi Kuqinin vurduğu qol yeganə olub. Araz start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Panionios” hazırda 19 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər 948 dəfə oxundu.