Radik İsayev Avropa Çempionatının gümüş medalına layiq görülüb
25-29 martda Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində ilk dəfə Olimpiya çəki dərəcələrində Avropa Çempionatı keçirilib.

Yarışda ölkəmizi 4 çəki dərəcəsində 7 taekvondoçu təmsil edib. Baş məşqçisi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə çempionata qatılan idmançılarımızdan Radik İsayev (+80 kq) qızıl medal uğrunda həlledici döyüşdə, Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayır.

Xəbər 1020 dəfə oxundu.