“Qəbələ”nin U-13 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
“Qəbələ” klubunun 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan VI Manavqat beynəlxalq turnirinin açılış günündə iki oyun keçirib.

Ilk matçda “Berlin Türkiyemspor” ilə (Almaniya) qarşılaşan “Qəbələ” meydançadan qələbə ilə ayrılıb - 1:0. Komandamızın yeganə qolunu Ruslan İsmayılov vurub.

Günün ikinci oyununda “Qəbələ” turnirin iddialı kollektivlərindən olan yerli “Qalatasaray” ilə qarşılaşıb. Matç İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər 821 dəfə oxundu.