"Qarabağ" da Müşahidə Şurası yaradır
“Neftçi”dən sonra “Qarabağ” da Müşahidə Şurası yaradır. Artıq bununla bağlı bir müddətdir müzakirələr aparılır. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Müşahidə Şurasında klubun rəsmiləri ilə yanaşı, futbol veteranları və ziyalıların da təmsil olunacağı gözlənilir. Hələlik Şuraya kimin rəhbərlik edəcəyi və orada kimlərin təmsil olunacağı dəqiqləşməyib. N.İbrahimov Şura üzvlərinin yaxın vaxtlarda təsdiq olunacağını bildirib.

Xəbər 771 dəfə oxundu.