Topaz Premyer Liqası: Turun hakimləri açıqlandı | |
Topaz Premyer Liqasının XXVII turunun hakim təyinatları açıqlanıb. Bu gün start götürəcək turun iki görüşündə 4, ikisində 6 ədalət təmsilçisi iş başında olacaq. AFFA-nın Hakimlər Komitəsi “Bakcell Arena”dakı qarşılaşmalarda əlavə köməkçi hakimlərin də olmasını lazım bilib. “Qarabağ”la “İnter” arasında turun mərkəzi oyunu isə FİFA referisi Rəhim Həsənova tapşırılıb. XVII tur 01 aprel (çərşənbə) 15:00. “Simurq” – AZAL Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev Zaqatala şəhər stadionu 17:00. “Xəzər Lənkəran” – “Sumqayıt” Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov “Xəzər Lənkəran” mərkəzi stadionu 17:00. “Neftçi” – “Bakı” Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov “Bakcell Arena” 02 aprel (cümə axşamı) 18:00. “Qarabağ” – “İnter” Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Nahid Əliyev Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ömər Paşayev “Bakcell Arena” |
|
Xəbər 780 dəfə oxundu. |
|
|