Zərdabda rayon birinciliyi keçirilib
30-31 mart tarixlərində Zərdab rayonunda azərbaycanlıların soyqırım günü qurbanlarının xatirəsinə həsr olunmuş taekvondo idman növü üzrə uşaq yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.

Zərdab şəhəri bölmənin idman zalında 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi soyqırım qurbanlarının xatirəsini yad etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub.

Yekun nəticələrə görə oğlanlar arasında Mahmud Abdullayev (23 kq), Fərid Salmanov (30 kq), Teymur Əsədov ( 40 kq), Azər Allahverdiyev (45 kq); qızlar arasında Səmərrux Osmanlı (33 kq), Sibel Həsənova yüksək yerlərə layiq görülüblər.

Xəbər 948 dəfə oxundu.