“AtaBank” ASC ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi mini futbol turniri keçirəcək
“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC-nin əməkdaşları arasında keçiriləcək mini futbol yarışının iştirakçıları müəyyənləşib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə hər il olduğu kimi, bu dəfə də 16 komanda mübarizə aparacaq.

Aprelin 4-də start götürəcək çempionatın püşkatması aprelin 5-də saat 11-də olacaq.

Püşkün nəticəsinə əsasən, 16 komanda 4 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutan komanda dörddə bir finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.



AZƏRTAC


Xəbər 918 dəfə oxundu.