“Xəzər Lənkəran” daha 2 malili futbolçu ilə anlaşdı
“Xəzər Lənkəran” klubu Malidən 2 futbolçu transfer edib. İdman.com.az saytı xəbər verir ki, “ağ-yaşıllar” gəlmələrlə 2,5 illik müqavilə bağlayıb. Bunlardan biri 23 yaşlı yarımmüdafiəçi Salif Ballodur.

Futbolçunun son iş yeri ölkəsinin “Real Bamako” klubu olub. Digər oyunçu 21 yaşlı forvard Siriman Maqassoubadur. Bu futbolçu da Malidəndir və “Xəzər Lənkəran”a həmyerlisi kimi, “Real Bamako” klubundan keçib.

Hər 2 oyunçu ötən il Mali milli komandasının heyətinə çağırılıb.
Qeyd edək ki, “gəmiqayıranlar ” bundan əvvəl Malidən Tounkara Sadio, “Turan”dan Akif Tağıyev və “Rəvan”dan Qafar Əliyevi transfer etmişdi.

Xəbər 989 dəfə oxundu.